Deputat Madər Musayev vəfat edib

Bakının 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin deputatı Madər Musayev iyulun 14-də vəfat edib. Bu barədə anews.az-a Milli Məclisin mətbuat katibi Mehman Qayıbov bildirib.
Deputatın ölüm xəbərini ilk olaraq Unikal saytı yazıb.
Madər Musayev bir neçə gün öncə xəstəxanaya yerləşdirilərək ayağından əməliyyat olunmuşdu.
Millət vəkili VI çağırış, həmçinin Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olub.
O, 1947-ci il Bakıda doğulub.
Deputat "Şöhrət" və "Şərəf" ordenləri ilə, eləcə də 2022-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























