• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident tapşırıq verməzdən əvvəl hökumət hərəkətə keçməli idi - Deputat/VİDEO

Prezident tapşırıq verməzdən əvvəl hökumət hərəkətə keçməli idi - Deputat/VİDEO
14.07.2023 15:35
Prezident tapşırıq verməzdən öncə hökumət Söyüdlüdə baş verən hadisələrlə bağlı hərəkətə keçməli idi. Bunu deputat Zahid Oruc deyib. 
 
"Heç bir həftə keçməmiş hökumət xalqa geniş açıqlama və hesabat verdi. Məgər mütləq prezident tapşırığı olmalıydı ki, hərəkətə keçsinlər? 44 günlük Zəfər savaşında olduğu kimi 3 ildə də 10-larla dövlətin müxtəlif diplomatik-siyasi təxribatlarına qətiyyətlə cavab verən bir lideri mütləq qlobal gündəliyindən ayırıb lokal  miqyasda istismar edənlər heç olmasa indi vəzifə məsuliyyətlərini anlamalıdılar. İlham Əliyevin 2018-ci ildən sonra qurduğu Yeni Hakimiyyətdə təmsil olunan hər bir məmurun, parlament üzvünün, yaxud hakimin qarşısında bircə tələb var-xalqın ayağına getmək, vətəndaşla danışmağı bacarmaq!", - deputat iyunun 14-də Milli Məclisin növbədənkənariclasında çıxışı zamanı bildirib. 
 
İyunun 13-də Baş nazir Əli Əsədov Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ikinci iclasında  Gədəbəyin Söyüdlü kəndində təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edilib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyunun 12-də nazirliydə keçirilən brifinqdə vurğulayıb ki, Gədəbəyin Söyüdlü kəndində müayinələrin aparılması üçün ölkəyə beynəlxalq şirkətlər gələ bilər.
 
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy hadisələri barədə danışarkən bildirib ki, Gədəbəy rayonun Söyüdlü kəndində baş verənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhlənkarlığı üzündən baş verib. Ölkə başçısı Nazirlər Kabinetinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapışırıq verərək deyib ki, bir həftə ərzində həm ictimaiətə həm də prezidentə hadisələrin yekunu nəticələri ilə bağlı açıqlama verilsin. 

İyunun 20-si günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə müdaxilə edib.
 
İyunun 21-i isə kəntdə polislərlə sakinlər arasında növbəti dəfə qarşıdurma yaşanıb. Kənd sakinləri aksiyada saxlanılanların sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub.
 
Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
 
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.
 

 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol