• $
  • €
  • ₽
  • ₺
  • £

TKTA diplomları Azərbaycanda tanınmayan xarici təhsil müəssisələrinin filialları barədə məlumat yayıb

TKTA diplomları Azərbaycanda tanınmayan xarici təhsil müəssisələrinin filialları barədə məlumat yayıb
14.07.2023 20:18

Dövlət təhsil müəssisələri istisna olmaqla Azərbaycan Respublikası ərazində fəaliyyət göstərən digər bütün təhsil müəssisələri qanunla müəyyən edilmiş qaydada lisenziya almalıdır.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən  verilən xəbərə görə, ali təhsil müəssisəsinin lisenziyalaşdırılması onun müvafiq təhsil səviyyələri üzrə dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarına və normativlərinə cavab verməsini təsdiq edir.

Buna baxmayaraq, bir sıra dövlətlərin ali təhsil müəssislərinin filialları ölkə ərazisində müvafiq lisenziya əldə etmədən qanunsuz fəaliyyət göstərdiyi üçün onların fəaliyyəti müvafiq məhkəmə qərarları ilə dayandırılıb.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yalnız aşağıda adları qeyd edilən xarici ali təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılmış və onlar tərəfindən (göstərilən illər ərzində) verilən diplomlar üzrə alınan ixtisaslar ölkə ərazisində tanınır:

1) Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

2) Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

3) M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (fəaliyyətə başladığı tarixdən (27.02.2009-cu ildən) etibarən);

4) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (fəaliyyətə başladığı tarixdən (15.05.2015-ci ildən) etibarən).

Beləliklə, yuxarıda göstərilmiş siyahıda qeyd olunmayan xarici təhsil müəssisələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş filialları müvafiq lisenziya əldə etmədikləri üçün həmin müəssisələr tərəfindən verilən təhsil sənədləri ölkə ərazisində tanınmır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol