• $
  • €
  • ₽
  • ₺
  • £

İnsan Resursları Mərkəzi: İmtahanla bağlı sosial şəbəkədə yayılmış səs yazısı həqiqəti əks etdirmir

İnsan Resursları Mərkəzi: İmtahanla bağlı sosial şəbəkədə yayılmış səs yazısı həqiqəti əks etdirmir
14.07.2023 22:55
İyulun 14-də Gəncə şəhər 12 nömrəli tam orta məktəbdə təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanlarına dair sosial şəbəkələrdə səs yazısı yayılıb. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu səs yazısı həqiqəti qətiyyən əks etdirmir.

Bu barədə Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin iyulun 14-də təşkil olunmuş Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanları ilə bağlı məlumatında deyilir.

"İmtahan prosesində ləngimə və namizədlərin əlavə stres yaşamaması üçün imtahana dəvət olunan, lakin iştirak etməyən şəxslərin dəqiqləşdirilməsi məqsədilə adları oxunmuşdur. Diqqətinizə çatdırırıq ki, səs yazısında adıçəkilən şəxslər də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarında iştirak etməmişdir.

Bir daha xatırlatmaq istəyirik ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə yeni və peşəkar kadrların cəlb edilməsi məqsədi daşıyır.

Vətəndaşları əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq. Bu tipli paylaşımların müəllifləri oxucu auditoriyasına hörmətlə yanaşmalı və insanların vaxtını əsassız məlumatlarla almamalıdırlar", - məlumatda bildirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol