• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ukraynalı uşaqlar üçün tibbi müayinələr təşkil olundu - Fotolar

Bakıda ukraynalı uşaqlar üçün tibbi müayinələr təşkil olundu - Fotolar
15.07.2023 14:30
İyulun 15-də Azərbaycan Dövlət Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Ukraynada baş verən müharibə nəticəsində qaçqın düşərək Azərbaycana sığınan uşaqlar üçün tibbi müayinələr təşkil olunub.

Report xəbər verir ki, aksiya çərçivəsində 50-dən çox uşaq müxtəlif tibbi müayinələrdən keçib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan tədbirdə Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavadov, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Klinikanın baş direktoru Fərid Eyvazov iştirak ediblər.

Səfir Vladislav Kanevski Azərbaycanda məskunlaşan ukraynalı ailələrə göstərilən qayğı, ölkəsinə verilən dəstəyə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirən səfir bu kimi tədbirlərin əvvəllər də təşkil olunduğunu qeyd edib. O bildirib ki, Azərbaycanda məskunlaşan ukraynalı ailələrə və uşaqlara göstərilən qayğı Ukrayna hakimiyyəti tərəfindən də yüksək qiymətləndirilir.

Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavadov Azərbaycan dövləti tərəfindən Ukraynadan qaçqın düşən ailələrə davamlı dəstək göstərildiyini bildirib. Qeyd edilib ki, uşaqların müayinəsinin məqsədi onların sağlamlığının qayğısına qalmaqdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol