• $
  • €
  • ₽
  • ₺
  • £

Pandemiya dövründə ölkəyə cəlb olunan xarici həkimlərin sayı açıqlanıb

Pandemiya dövründə ölkəyə cəlb olunan xarici həkimlərin sayı açıqlanıb
17.07.2023 12:22
Pandemiya dövründə Azərbaycana TƏBİB tərəfindən 361 tibbi personal cəlb olunub. Bunu TƏBİB-in Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.
 
O bildirib ki, bu dövr ərzində koronavirusla mübarizəyə səfərbər olunan 46 tibb müəssisəsnin 43-ü TƏBİB-ə tabeli müəssisə olub. 
 
"Ölkədə 300-dən çox məntəqədə vaksinasiya işi təşkil edilmiş və  ölkəyə 18.1 milyon doza vaksin gətirilib. Xəstəliyin gedişatı ağır hesab edilməyən vətəndaşların ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti əsasında müalicə almaları təşkil edilmişdir. Bakı şəhərində bu tipli nəzarət funksiyasına 87 poliklinikanın xidmət ərazisini əhatə edən 41 məntəqə yaradılıb", - Fəqan Həsənzadə Milli Mətbuat gününə həsr olunan tədbirdə çıxışı zamanı söyləyib.
 
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.
 
Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-nə kimi uzadılıb. COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.

Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
 
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb. Qərargahın tərkibinə baş nazir və digər nazirlər daxildir. 
 
Gülnar Nazimqızı


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol