Bu avandıqlar ilk dəfə regionlar üzrə Lənkəranda qurulub - TƏBİB rəsmisi

Lənkəranda ilk dəfə invaziv radiologiya və kardiocərrahiyyə qurulub. Bunu TƏBİB-in Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.
O, bildirib ki, yaxın zamanda daha 2 regionda invaziv radiologiya və kardiocərrahiyyənin qurulması nəzərdə tutulub və gələcəkdə hər bir klaster mərkəzində həyata keçirilməsi planlaşdırılır.
Lənkəranda adıçəkilən avandıqların qurulması 20223-cü ilin fevralında icra olunub.
TƏBİB rəsmisi bildirib ki, tibb müəssisənin profili üzrə göstəricilərə görə avadanlıqların sayları və texniki göstəricilər müəyyən olunmaqla təminat planı hazırlanıb.
"Plan üzrə hal
hazırda bəzi tibb müəssisələrində artıq Rentgen, KT və MRT cihazları tam yenilənmişdir.
Cari ilin sonuna qədər radiologiya istiqaməti üzrə də əhali ehtiyaclarına uyğun
bütün müasir avadanlıqlarla təminat nəzərdə tutulur", - Həsənzadə söyləyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























