• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vəkil çatışmazlığının səbəbi nədir? - ŞƏRH

Azərbaycanda vəkil çatışmazlığının səbəbi nədir? - ŞƏRH
19.07.2023 22:35
2018-2022-ci illər arasında keçirilən 10 yazılı test imtahanlarının nəticəsində 1303 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunmuşdur. Bu gün Azərbaycanda vəkillərin sayı 2323 nəfərdir. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
 
Ötən həftə deputat Fazil Mustafa Milli Məclisdə çıxış edərkən bildirib ki, Azərbaycanın əksər ucqar bölgələrində vəkil çatışmır və bununda səbəbi  test mərhələsindən keçən vəkilliyə namizədlər üçün 3 illik iş stajı tələbinin qoyulmasıdır.
 
Son illər ölkədə vəkillərin sayının az olması ilə bağlı fikirlər tez-tez səslənir. Bunun əsas səbəblərindən biri kimi məhz hüquq fakültəsi məzunlarının sayının azlığı göstərilir. Bir neçə il öncə ölkədəki ali məktəblərin bir çoxunda hüquq fakültəsi fəaliyyət göstərsə də, sonrakı illərdə əksər universitetlərdə həmin fakültələr ləğv edildi. 

Hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə, vəkillik fəaliyyətinin imicini qaldırmaq üçün öncə hüquq-məhkəmə sistemində korrupsiya aradan qaldırılmalıdır.
 
"Əlbəətki iş staj tələbi hüquqşünasların qarşısında duran maneələrdən biridir. Çünki, bu staji harada əldə etmək məsələsi var. Ona görə də, mən vəkillik sistemində stajın aradan götürülməsinin tərəfdarıyam. Əvvəllər çoxlu müəssisələr var idi, həm dövlət müəssisələri, həmdə özəl müəssisələr. Onların da hər birində hüquq şöbələri var idi. İnsanlar orada gedib işləyərək müəyyən təcrübə yığa bilirdilər. İndi isə çox təəssüf ki, müəssisələrin böyük əksəriyyətində hüquqşünaslar yoxdur, ümumiyyətlə hüquq ştatları yoxdur. Bunun da səbəbi dövlət kommersiya şirkətlərinin sayının az olması, özəl şirkətlərin isə hüquqşünas ştatına biganə olmasıdır. Bir müddət əvvəl məhkəmə-hüquq sistemində tağşırıqla qərarların qəbul olunması, xüsusilə də korrupsiyanın çox geniş yayıldığı bir vaxtda vəkilə bir o qədər də ehtiyac olmurdu. Məsələlər rüşvətlə həll olunduğuna görə, hakim özü həm də vəkillik edirdi. Son iki-üç ildə isə məhkəmədə, istintaqda, hüquq-mühafizə orqanlarında korrupsiyanın, tapşırıqların səviyyəsi aşağı endikcə vəkillərə ehtiyac artır. Vəkillik fəaliyyətinin imicini qaldırmaq üçün hüquq-məhkəmə sistemində korrupsiya və tağşırıqlar aradan tamamilə qaldırılmalıdır. Bu addımlar atıldığı halda, mən əminəm ki, yaxın dörd-beş ildə vəkillik Azərbaycanda artıq xarici ölkələrlə rəqabətə girəcək səviyyədə olacaq”, - o deyib.
 
Vəkil Elçin Sadıqov bildirir ki, Vəkillər Kollegiyası vəkillərə  müstəqil fəaliyyət göstərmək imkanı yaratmır.
 
"2018-ci ildə nümayəndəlik institutu ləğv olundu. Həmin dövrə qədər hüquqşünaslar hüquq xidməti göstərə bilirdilər və onlar bununla bağlı lisenziya da ala bilirdilər. Lakin bundan sonra onlar hüquq xidməti göstərə bilmədilər və bu yalnız vəkillərə həvalə olundu. Vəkillərin sayı isə əhali sayına nisbətdə çox azdı. Ona görə Azərbaycan vəkilərin sayına görə, sayı ən az ölkələr siyahısındadır. Bunun səbəbi həm üç illik staj məsələsi, həm də vəkillər kollegiyasının qəbul şərtlərinin çətin olmasıdır. Həmçinin Vəkillər Kollegiyası vəkillərə  müstəqil fəaliyyət göstərməy imkanı yaratmır. Ona görə də vəkillərə qarşı olan təqib aradan qaldırılmalı və onlara müstəqillik verilməlidir. Eyni zamanda imtahanların şərtləri yüngülləşdirilməlidir və 3 illik staj məsələsi 1 ilə endirilməlidir, yaxud da ləğv olunmalıdır. Şifahi imtahan isə həm hakimlik, həm də vəkillikdə ləğv olunmalıdır. Çünki, bu, gərəksizdir və sovet dövründən qalma bir sistemdir”, - Sadıqov vurğulayıb.
 
Vəkil Asim Muradov vəkil çatımazlığı probleminin səbəbini bölgələrdəki işsizliklə əlaqələndirir.
 
"Bölgələrdə vəkil problemi işsizliklə bağlı bir problemdir. Yəni vəkillər bölgələrdə yaxşı qazanc əldə edə bilmədiyinə görə, ora üz tutmurlar. Bakı şəhərində olan bir vəkil daha çox qzanır, nəinki rayonda çalışan. Ona görə də əksəriyyət Bakıda məskunlaşdığı üçün , rayonlarda bu cür vəkil çatışmazlığı problemi yaranır. Həmçinin bölgələrdə Bakıya nisbətən problemlər də az olur. Bakıda əhali çox olduğuna görə, vəkilə müraciət edənlərin sayı da çox olur. Məncə imtahanla bağlı narahatlıq olmamalıdır. Vəkil olmaq istəyən şəxslər həm test, həm də şifahi imtahan verməlidirlər. Çünki, vəkillik elə bir sahədir ki, gərək bütün qanunvericiliyi biləsən. Ona görə də şifahi imtahanların keçirilməsi qaydasında hər-hansı bir dəyişikliyə ehtiyac duymuram”, - vəkil bildirib.
 
Vəkil Nemət Kərimli isə vəkilliyə marağın az olduğunu düşünür.
 
"Məncə vəkillərin işə qəbulu zamanı staj məsələsi önəmlidir. Yəni təcrübə olmadan gəlib vəkil işləmək olmaz. Vəkillərin sayının az olmasına imtahandan kəsilmə hallarının çox olması təsir edir. Amma imtahan məsələsi burada çox önəmlidir. Çatışmazlığın tək bundan irəli gəldiyini düşünmürəm. Ümumiyyətlə vəkilliyə gəlmək istəyənlərin sayı azdır. Problemi aradan qaldırmaq üçün məhkəmə sisteminin ədalətsizliyi ilə mübarizə aparmaq lazımdır. Çünki məhkəmə sisteminin ədalətsizliyi vəkillərdə bu sahəyə olan marağı öldürür”, - Kərimli deyib.
 
Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının hesabatında göstərilir ki, 2018-ci il üzrə Avropa ölkələri arasında hər yüz min nəfərə düşən vəkil sayına görə Azərbaycan sonuncu yerdədir. 

Bu göstərici Azərbaycanda 15,7 olduğu halda Avropa üzrə orta rəqəm 164-dür.
 
Müvafiq göstərici Ermənistanda 72,2, Gürcüstanda isə 123-dür.
 
Bakıdan kənarda yaşayan təxmini 7 milyon insan üçün cəmi 453 vəkil var. Yəni, regionlarda yaşayan əhali üçün hər yüz min nəfərə cəmi 6.4 vəkil düşür.
 
2018-ci ildən bəri, vəkillərin sayında bir qədər artım müşahidə edilsə də, Azərbaycan Avropa ölkələri arasında hələ də sonuncu yerdədir. 
 
Eltac Nurullazadə
 
 
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol