TƏBİB sədri 6 ayda qeydiyata alınan diabet xəstələrinin sayını açıqladı

2023-cü ilin altı ayında 4839 şəkərli diabet xəstəsi qeydiyyata alınıb. Bunu TƏBİB-in icracı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, hazırda 284,656 nəfər şəkərli diabet xəstəsi qeydiyyatda var.
"Dağınıq skleroz xəstələrinin registrində olan
xəstələrin sayı 2001-dir, onlardan 675 xəstə beta-interferon (avoneks), 300
xəstə isə mitoksantron preparatı ilə təmin olunur. 2023-cü il yanvar-iyun
ayları ərzində 34 yeni xəstə qeydiyyata alınıb. Vətəndaşların şikayətləri də diqqətlə araşdırılır.
Ötən müddət ərzində Çağrı Mərkəzinə daxil olan 1542 müraciət araşdırılıb və
haqlı iradlarla bağlı olan müraciətlər müsbət həllini tapıb", - TƏBİB sədri Milli Mətbuat Gününə həsr olunan konfransda çıxışı zamanı bildirib.
Qurbanov vurğulayıb ki, hazırda ölkə üzrə 53 hemodializ mərkəzində 3896 xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























