Jurnalistin işi sosial hesabında dırnaqarası paylaşım edənlərdən fərqlənməlidir - Natiq Məmmədli

Azərbaycan jurnalistləri öz vəzifəsini elə yerinə yetirməlidir ki, vətəndaşlar problemi üçün xarici bloger və jurnalistlərə müraciət etməsin. Bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.
"Jurnalistin fəaliyyəti dırnaqarası sosial şəbəkələrdə əlinə smartfon alıb yazı yazanlardan fərqlənməlidir. Ən böyük etimad isə Azərbaycan jurnalistinin sözünə olan inam olmalıdır. Ciddi jurnalist fəaliyyəti ilə məşğul olanların iki əsas vəzifəsi var. Jurnalist öhdəliyi və məsuliyyəti. Ümumillikdə isə jurnalist etikası fəaliyyətin əsas göstəricilərindən biri olmalıdır", - Natiq Məmmədli TƏBİB-in Milli Mətbuat Gününə həsr etdiyi tədbirində çıxışı zamanı bildirib.
Azərbaycanda 22 iyul Milli Mətbuat Günü kimi qeyd edilir. Mətbuat günü "Əkinçi" qəzetinin yaradıcı Həsən bəy Zərdabinin adı ilə bağlıdır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























