• $
  • €
  • ₽
  • ₺
  • £

Yay düşərgələri necə maliyyələşməlidir?

Yay düşərgələri necə maliyyələşməlidir?
19.07.2023 22:34
 Ekspertlər müvafiq qurumların hamı üçün əlçatan olan yay düşərgələrinin yaradılmasını zəruri hesab edirlər.

"Əvvəllər yay düşərgələri  təşkil olunurdu və bunlar da dövlət büdcəsindən maliyyələşdirilirdi. Amma 20-25 ildir ki, dövlət yox özəl müəssisələr düşərgələr  təşkil edir və  öz istədikləri kimi qiymət verirlər. Özəl müəssisələr  orta aylıq əmək haqqını və ailələrin büdcələrini nəzərə almır. Düşərgənin ən ucuzunun qiyməti  150 manatdır.  Bu da hər bir ailənin övladlarını yay düşərgələrinə yönləndirə bilməməsi ilə nəticələnir. Yəni bəzi ailələr istəyir uşaqları yay düşərgələrində iştirak eləsin. Amma qiymət problemi olduğundan bunu edə bilmirlər. Odur ki,  məktəblərin dövlətdən ayrı müəyyən bir gəlirləri varsa, öz həsablarına yay düşərgələri təşkil etməsini məqbul sayıram. Və ya özəl müəssisələr ilə anlaşmalar ola bilər. Müəyyən təşkilatlar dövlət büdcəsinə yay döşərgələri təmin edə bilər. Çünkü 4440-dan çox təhsil müəssisəsi var və bunları hamısı dövlət həsabına yay düşərgəsi edə bilməzlər”, - təhsil üzrə ekspert Elçin Əfəndi bildirib. 

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndinin fikrincə, şəhər məktəbləri əgər yay düşərgələrinə ehtiyac duyarsa, öz büdcələri hesabına onları yarada bilərlər.  
 
Milli Məclisin deputatı Etibar Əliyev  də yay düşərgələrinin pulsuz fıaliyyətnin tərəfdarıdır.

"Elə ənənələr var ki, onları davam etdirmək lazımdır. Sovetlər vaxtı düşərgələr pulsuz fəaliyyət göstərirdi və çox yaxşı da effekt verirdi. Yəni uşaqların demək olar ki böyük kəsimi yay düşərgələrindən istifadə edə bilirdilər. Və bu yay düşərgələrində uşaqlar arasında sosiallaşma gedirdi, uşaqlar keçdikləri dərsləri yenidən təkrarlayır və təbiətin qoynunda dinxəlirdilər. İndi isə bu yay düşərgələrinin qiymətləri həddindən artıq bahadır və ailələrin buna imkanı çatmır. Hətta buna yay məktəbləri və uşaq düşərgələri də deyirlər. Bu uşaq düşərgələri düşünürəm ki, heyli güzəştli proqram əsasında fəaliyyət göstərməlidir ki, uşaqlar isti yay mövsümündə dincələ bilsinlər, sosyallaşa bilsinlər həm də biliklərini təkrarlaya bilsinlər. Həm də bu düşərgələr onları idmanla məşğul edərək fiziki imkanlarını da gücləndirir. Ev və düşərgə şəraiti eyni olmadığına görə, uşaqlar düşərgə şəraitində müəyyən vaxtda yatıb duraraq, yemək yeyərək və oyun oynayaraq onlar müəyyən bir rejimə düşür. Həsab edirəm ki, bu düşərgələr uşaqların gələcək inkişafı üçün çox müsbət bir rol oynaya bilər. Bu uşaqlar bizim balalarımızdır. Mənim təklifim odur ki, belə vəziyyətdə özəl şirkətlər yaxalarını kənara çəkməməlidirlər. Yay düşərgələrində əsas istək pul qazanmaq olmamalıdır. Əsas istək uşaqların gələcəyini düşünmək olmalıdır”, - Milli Məclisin deputatı Etibar Əliyev deyib. 

Etibar Əliyev həmçinin bildirib ki, dövlət xüsusi ilə də nazirliklər bu düşərgələri pulsuz və ya kiçik ödənişlərlə etməlidir.

"Dünya təhsil təcrübəsinə əsasən  yay fəsli uşaq orqanizminin inkişafı üçün çox əhəmiyyətlidir. Buna görə də, uşaqlar yay tətilini həm sağlamlıqları, həm də inkişafları naminə səmərəli keçirməlidir. Əvvəllər, uşaqların yay tətilini keçirə bilmələri üçün yay düşərgələri var idi. 1990-cı illərdən sonra bu düşərgələr dağılmağa başladı. Bunun əsas səbəbi düşərgələrin binalarında məcburi köçkünlər məskunlaşdı. Nəticədə, bu gün 3 aylıq tətil var, istirahət üçün düşərgə isə yox. Xatırladım ki, əvvəllər uşaqlar üçün tədris ilinin sonunda pioner düşərgələri fəaliyyət göstərirdi. İndi bu məktəbliləri bu düşərgələrə yönləndirmək də çoc çətindir. Çünki hazırda Azərbaycanda 1,6 milyon şagird təhsil alır. Ümumilikdə, bu düşərgələr 9 aylıq təhsildən sonra tətil adlandırılsa da, əslində tətil, istirahət deyil, öyrəndiklərinin təcrübəsini keçmək olmalıdır. Şagirdlər 3 aylıq tətil dövründə oxumaq, yazmaq verdişlərini yadırğamamalıdır. Hal-hazırda düşərgələrin sayı azalır və qiymətlər reallığı əks etdirmir. Həmin düşərgələrdə adambaşına düşən maliyyələşmə kifayət qədər yüksək göstərilib. Hazırda həmkarlar ittifaqlarının nəzdində 4 uşaq düşərgəsi fəaliyyət göstərir. Həmin düşərgələrdə 3 ay ərzində uşaqları ümumi qəbul etmə imkanı 3400 nəfərdir. Uşaqlar düşərgələrdə 21 gün meddətində qala bilər. Nabranda, Şüvəlanda "Olimp", "Şahin", "Aypara" uşaq düşərgələri ilə yanaşı Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var. Bütün valideynlər işlədikləri müddətdə işlədikləri müəssisələrin həmkarlar ittfaqına 1 faiz pul ödəyirlər. Bu da o deməkdir ki, bu valideynlərin uşaqları uşaq düşərgələrinə böyük endirimlə getməlidir. Qanunvericiliyə görə, 180 manatlıq göndərişə valideyn 27 manat ödəməlidir. Ancaq etiraf edək ki, hazırda uşaqlar üçün təşkil edilən yay düşərgələrinin səmərəsi yoxdur. Çünkü yay düşərgələrinin əslində maarifləndirivi tədbirlər, kino nümayişləri, görkəmli şəxslərlə görüşlərin keçirilməsi, ölkə təbiətinin öyrədilməsi, ekoloji biliklərin aşılanması yox səviyyəsindədir. Sadəcə uşaqları toplayıb, gəzdirir, şəkil çəkdirir və hesabat verərək işlərini bitmiş həsab edirlər”, - təhsil eksperti Kamran Əsədov vurğulayıb. 

Düşərgələrin qiymətləri, adambaşına düşən maliyyə xərcləri reallığa uyğun olmalıdır, bu dambaşına 21 gün üçün maksimum 50-70 manatdan ola bilməz . Bunu təhsil eksperti Kamran   Əsədov deyib. 

"Azərbaycan 1992-ci ildən BMT-nin uşaq hüquqları Konvensıyasına qoşulub. Bu konvensiyada göstərilib ki, uşaqların istirahət hüququ təmin edilməlidir. Bu gün uşaqlarımız yay tətilində valideynləri ilə dənizə çimməyə və yaxud meşələrə, çaylara gedirlər. Bu səfərlər zamanı uşaqlar yaşlarına uyğun olmayan mənzərə ilə qarşılaşırlar. Uşağın tətil vaxtı gördüyü mənzərə dəniz kənarında baş verənlər və valideynlərin meşələrdə kabab çekərək içki məclisi qurma mənzərələridir. Şagirdlər 9 aylıq təhsildən sonra minimum 21 gün istirahət etməsəs, təbiət qoynunda olmasa, onlar yeni tədris ilinə həvəssiz başlayacaqlar. Təssüf ki, bizdə istirahət dedikdə dənizə girmək, meşəyə getmək, yatmaq başa düşülür. Əslində isə bu, dünyada istirahətin ən son meyarlarıdır. Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyəti çox aşağı səviyyədədir. Bütün bunların hamısı Təhsil Nazirliyi, Rayon Təhsil Çöbələri tərəfindən həyata keçirilməlidir. Və hətta ilin əvvəlində şagirdlərə təlimdə yüksək göstəricilər göstərən şagirdlər olimpiadların, yarışların, buraxılış imtahanlarının yüksək səviyyədə keçmiş uşaqlar ilin sonunda düşərgələrə göndəriləcək xəbərdarlığı edilməlidir. Uşaqlar üçün yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır. Bu həm də əlavə iş yeri deməkdir. Azərbaycanda hazırda 160 min tələbə var. Demək olar ki, onların hamısı işsizdir. Onların 70 faizi regionlardan gələnlərdir. Yaxşı olar ki, 3 ay rəzində həmin tələbələr boş qalmasın deyə əlavə gəlir əldə etsinlər deyə, aidiyyatı qurumlar layihələr hazırlasın. Yaxşı olar ki, Təhsil Nazirliyi, təhsil şöbələri, məktəb direktorları bu sahədə çalışsınlar. Bu Azərbaycan təhsilində inqilabı bir addım olar”, - Əsədov  deyib.

Rabia Hale Seferoğlu
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol