• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxın zamanda 4 seçki keçirilməsi gözlənilir - Millət vəkili

Yaxın zamanda 4 seçki keçirilməsi gözlənilir - Millət vəkili
17.07.2023 16:54
Millət vəkili Erkin Qədirli 2023-2025-ci illərdə Azəərbaycanda 4 seçkinin keçiriləcəyini ehtimal edir. Bu barədə sosial hesabında yazıb.  
 
"Yaxın bir il yarım müddət ərzində (2023-2025) ölkəmizdə dörd seçki dönəmi olmalıdır: 1) referendum (2023-ün payızı); 2) Mili Məclis (2024-ün noyabrı); 3) bələdiyyələr (2024-ün dekabrı); 4) Prezident (2025-in apreli). Burada göstərilmiş müddətlər növbəti seçki müddətləridir, amma seçkilərin növbədənkənar olabilmə ehtimalı da yüksəkdir. İstənilən halda çox qısa bir zamanda strateji önəm daşıyan dəyişikliklər gözlənilir", - deputat bildirib. 
 
Millət vəkili ilk öncə referendumun keçiriləcəyini açıqlayıb. 

"Öncə referendum. Bu haqda çox və çoxdan danışılır. Bunun obyektiv səbəbi vardır - sistem köhnəlib, onun idari xərcləri və siyasi riskləri artıb, səmərəliyi isə azalıb. Üstəlik, Vətən Müharibəsindəki qələbədən sonra gələcək dönəmlər üçün bu sistem yararsızdır. İyunda Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqlədi. O dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar", - o vurğulayıb. 
 
Politoloq Tural İsmayılovun sözlərinə görə, strateji dəyişikliklərlə bağlı müxtəlif müzakirələr aparılsa da bunun hələ ki, real bir əsası yoxdur, ona görə də Erkin Qədirlinin bu fikirləri onun öz şəxsi yanaşması hesab edilməlidir.
 
"Hesab edirəm ki, referendum və seçkilərlə bağlı istənilən proqnozu vermək olar, amma nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda dövlət tərəfindən, Mərkəzi Seçki Komissiyası tərəfindən hansısa referendum və növbədənkənar seçkilərdən bəhs edilmir. Bu baxımdan Erkin Qədirlinin fikirləri onun öz yanaşması hesab edilməlidir. Eyni zamanda strateji dəyişikliklərlə bağlı müxtəlif müzakirələr aparılsa da bunun hələ ki, real bir əsası yoxdur. İndiki məqamda hökumət hansısa bir formada yeni seçkilər hazırlığında deyil və yaxud da bu seçkilər keçirilsə belə əminəm ki, seçkilərdən çox uzun müddət keçməyən bir ərəfədə hökumət informasiya yayacaq. Yəni payızda Erkin Qədirlinin iddia etdiyi kimi hansısa dəyişikliklər gözlənilsəydi, məncə bununla bağlı artıq indidən müəyyən rəsmi məlumatlar verilə bilərdi. Ona görə də hansısa rəsmi məlumat olmadan millət vəkillərinin, ictimai fəalların, media nümayəndələrinin Azərbaycanda referendum və növbədənkənar seçkilərlə bağlı fikirləri sadəcə şəxsi proqnozdur. Rəsmi dayağı olmayan məlumatların real olmadığını düşünürəm”, o bildirib.
 
Siyasi şərhçi Aqşin Kərimovun bildirir ki, referendum keçirilsə İcra başçısı institutu və Naxçıvanın muxtar respublika statusu ləğv ediləcək.
 
"Referendum keçiriləcəyi iddiaları yeni deyil, ümumiyyətlə bu, regionda baş verən ictimai-siyasi dəyişikliyə adekvat reaksiya zərurətindən yaranır. Referendum keçirilsə böyük ehtimalla Nazirlər Kabineti, icra başçısı institutu, Naxçıvanın muxtar respublika statusu ləğv ediləcək. Parlamentdə deputat yerlərinin artırılması da gözlənilir, çünki hazırki deputat sayı artan əhali sayına uyğun deyil. Həmçinin Vitse-prezidentlik institutunun səlahiyyət və vəzifələri Konstitusiya ilə geniş şəkildə təsbit edilərək funksiyaları müəyyən ediləcək", - Kərimov öz sosial hesabında yazıb. 
 
Dövlət müstəqilliyi 1991-ci ildə bərpa olunan Azərbaycanda parlamentin səlahiyyət müddəti 5 ildir. 1995-ci ilin ilk parlament seçkisindən (12 noyabr) sonra qüvvəyə minən konstitusiya parlament seçkisinin hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilməsini müəyyən edib. 2000, 2005, 2010 və 2015-ci illərin parlament seçkiləri həmin hökmə uyğun təşkil olunub.

2020-ci ilin parlamenti noyabrın 1-də seçilməli idi. Amma 2019-cu il dekabrın 5-də parlament buraxılıb, 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edilib.
 
 
Sonuncu dəfə Azərbaycanda 26 sentyabr, 2016-cı ildə konstitusiyaya dəyişiklik etmək məqsədi ilə referendum keçirilib.
 
Konstitusiyaya edilən dəyişiklik nəticəsində Azərbaycanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyəti verilib və prezidentlik vəzifəsi üçün tələb olunan minimal [35 yaş] yaş həddi aradan qaldırılıb. Bundan əlavə, dəyişiklik nəticəsində Azərbaycanda vitse-prezidentlik postu yaradılıb.
 
Konstitusiyaya əsasən, növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda növbəti parlament seçkisi növbədənkənar seçkidə seçilən parlamentin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar gününə düşür. 2020-ci il fevralın 9-da seçilən parlamentin səlahiyyət müddətinin beşinci ili 2024-cü ilə təsadüf edir və həmin il noyabr ayının birinci bazar günü – noyabrın 3-də yeni parlament seçkisi olmalıdır.

Azərbaycanda bələdiyyələr 5 il müddətinə seçilir. 1999, 2004, 2009, 2014 və 2019-cu illərin seçkiləri dekabr ayında baş tutub. 2024-cü ilin bələdiyyə seçkilərinin dekabrın 22-də keçirilməsi gözlənir.

Müstəqillik illərində Azərbaycanda 8 prezident seçkisi keçirilib. 1991, 1992, 1993, 1998, 2003, 2008 və 2013-cü illərin seçkilərində prezident 5 il müddətinə mandat alıb (ilk iki seçkidə seçilənlər müddəti tamamlaya bilməyib).

2016-cı ildə prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb. 2018-ci il aprelin 11-də prezident 7 il müddətinə seçilib və növbəti seçki 2025-ci ilin aprel ayında olmalıdır.
 
Gülnar Nazimqızı
Eltac Nurullazadə 
 

 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol