• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə nazirinin yeni qərarına əməl olunacaq? - AÇIQLAMA

Müdafiə nazirinin yeni qərarına əməl olunacaq? - AÇIQLAMA
11.03.2014 15:17
Müdafiə nazirinin yeni qərarı ilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə zabit və gizirlərin mobil telefon istifadəsinə qadağa qoyulub. Səbəb kimi telefon danışığı zamanı müəyyən hərbi sirlərin düşmən əlinə keçməməsi göstərilib. Ümumiyyətlə, hərbi xidmətdə istər zabit və gizirlərin, istərsə də əsgərlərin mobil telefon işlətməsi, həmişə problemli məsələ olub.ANN.Az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov müdafiə nazirinin yeni qərarını şərh edərək eyni tipli qərarın dəfələrlə verildiyini bildirib.Ü.Cəfərov açıqlamasında bu göstərişə sonadək əməl olunacağına inanmadığını diqqətə çatdırıb: “Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissə, birləşmələrdə zabit və gizirlərin mobil telefondan istifadəyə qadağa qoyması birinci hal deyil. Bundan əvvəl də bir neçə dəfə belə göstərişlər olmuşdu. Ona görə də inanmıram ki, bu göstərişə sonadək əməl edilsin. Dəfələrlə belə qərarlar verilib, amma ona əməl edilməyib. Bu qərarın qəbul edilməsinin maraqlı tarixçəsi var. Bununla bağlı ətraflı məlumat vermək istəmirəm. Sadəcə deyim ki, müdafiə nazirinin bu yaxınlarda keçirdiyi mühüm tədbir zamanı bəzi məlumatların düşmənin əlinə keçməsindən sonra belə bir qərarın qəbul edilməsi tezləşdirilib”. O, həmçinin qeyd edib ki, Müdafiə Nazirliyi hərbi və dövlət sirlərinin qorunmasına cavabdehdir: “Sadəcə, bu qərarın niyə məhz indi qəbul edilməsi haqqında isə qurumun özü ətraflı məlumat versə, daha yaxşı olar. Hərbi və dövlət sirlərinin qorunması vəzifəsi dövlət qurumu kimi Müdafiə Nazirliyi tərəfindən təmin olunmalıdır. Əgər onlar bu işi lazımı səviyyədə həyata keçirmək iqtidarında deyillərsə, bu bizim günahımız deyil. Onlar buna hərtərəfli diqqətlə yanaşmağa borcludurlar”SeymurANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol