Körpəsini zibilliyə atan şəxs tapıldı - Yenilənib

Bakıda zibil yeşiyində aşkarlanan körpənin anası müəyyənləşib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildiirlib ki, körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib.
Hazırda həmin şəxs barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

10:14
Bakıda zibil yeşiyindən yeni doğulmuş körpə tapılıb. Bu barədə Qafqazinfo saytı yazıb.
Hadisə dünən saat 14 radələrində Sabunçu qəsəbəsi Tatarski küçəsində yerləşən "Oba” marketin yaxınlığında baş verib.
Oradakı zibil yeşiklərindən birinin içərisindən 10-15 günlük körpə parçaya bükülmüş halda aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.
Ətraflı
İlkin müayinə zamanı körpənin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib, onun səhhəti normaldır.
Körpənin valideynlərinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Hazırda faktla bağlı Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib