Müdafiə Nazirliyi Qarabağda nə qədər ərazini minadan təmizləyib? - Açıqlama

İyulda azad edilmiş ərazilərdə Müdafiə Nazirliyi tərəfindən 610 hektar ərazi minalardan təmizlənib. Bu barədə Müdafiə Nazirliyi tərəfindən məlumat verilib.
"Bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 32285 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10207 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10447 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib", - məlumatda qeyd olunub.
İyulun 13-də Azərbaycan Prezidentin Qarabağdakı xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata açıqlamasında bildirib ki, azad olmuş ərazilərdə 42,635 hektar ərazi minadan təmizlənib.
Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaya düşüb.
2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib.
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib