• $
  • €
  • ₽
  • ₺
  • £

Bu hüquq pozuntusudur - Natiq Cəfərli Ədliyyə Nazirliyindən yazdı

Bu hüquq pozuntusudur - Natiq Cəfərli Ədliyyə Nazirliyindən yazdı
18.07.2023 15:32
Ədliyyə Nazirliyinin telefonu olmayanları partiya üzvü kimi qəbul etməməsi hüquq pozuntusudur. Bunu  Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli deyib. 

"Konstitusiyaya görə hər bir şəxs partiya üzvü ola bilər, amma elə bir qanun yoxdur ki, hamının telefonu olmasını məcburi etsin – bəlkə kimsə telefon işlətmir, nazirliyin "məntiqinə” görə həmin şəxs partiya üzvü ola bilməz. Bu birbaşa hüquq pozuntusudur. İstənilən şəxs hardan bilsin ki, zəng edən Ədliyyə Nazirliyindəndir, nədən zəng edənə doğru cavab verməlidir ki?! Bəlkə telefonla ondan başqaları şəxsi məlumatlar almaq istəyir. Təqdim etdiyimiz say qədər bizdə imza və ərizələr var, yaxşı, indi nə önəmlidir, şəxsin imzası, ərizəsi, ya nazirliyin geyri-legitim zəngi. 2500-ə yaxın şəxsin məlumatlarının bazada tapılmadığını deyiblər, yaxşı, bunlar kimlərdir, nədir uyğunsuzluq?! Bəlkə kimsə ərizə dolduranda hərf səhvi edib, bu onun siyasi partiyaya üzv olmasını niyə əngəlləməlidir ki?!", - Cəfərli sosial hesabında paylaşıb. 
 
Partiya rəsmisi bildirib ki, REAL-ın onlarla üzvünə zəng edilməyib. 
 
"Onlarla, bir daha deyirəm, onlarla üzvlərimiz var ki, onlara heç bir zəng olmayıb, hətta REAL Gənclər Birliyinin idarə heyətinin üzvünə belə zəng olunmayıb – yaxşı, Nazirlik zəng etmədiklərini hansı kateqoriyaya aid edib?! İlqar Məmmədova, Erkin Qədirliyə də zəng olmayıb, onları, görəsən, nazirlik üzv sayıb, ya yox?! Əgər üzvlük üçün əsas kriteriyanı nazirlik, zəng etməyi sayırsa, o zaman sədr və parlament təmsilçimiz də üzv kimi o siyahıya düşməyib. Nazirlik deyir ki, 986 nəfər onlara zəng edərkən üzv olmadığını deyib - şəxsən mənə bir neçə nəfər yazıb, zəng edib deyib ki, zəng gələndə fikir verməyiblər, təlaşa düşüblər, "yox" deyiblər, amma sonra fikirləşiblər ki, səhv ediblər - yaxşı, onlar öz səhvini necə düzəldə bilərlər, bunun mexanizmi yoxdur”, - Natiq Cəfərli vurğulayıb. 
 
İyulun 17-də Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov bildirib ki, Ədliyyə Nazirliyi REAL partiyasının 463 üzvünün təsdini qəbul edib. 
 
Partiyalar haqqındaki yeni qanuna əsasən 2023-cü ilin mart-iyulunda 25-dən çox partiya öz fəaliyyətinə xitam verib. 
 
Prezident İlham Əliyev 2023-cü ilin yanvarın 11-də "Siyasi Partiyalar haqqında" qanunu təsdiqləyib. 
 
2022-ci il dekabrın 16-da Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ümumilikdə 100 dəyişilklik  edilməklə III oxunuşda qəbul olunub. 
 
Layihə 6 fəsil, 30 maddədən ibarətdir. 
 
Layihə Venesiya Komissiyasının 233 tövsiyəsindən seçki prosesi ilə bağlı olmayan və sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid 132 tövsiyəsindən  112-si nəzərə alınıb. 
 
"Siyasi partiyalar haqqında" layihə ən son 1992-ci ildə qəbul olunmuşdu.

Gülnar Nazimqızı 

 

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol