• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda torpaqların istifadəsiz qalmasının qarşısını almaqla bağlı yeni layihəyə başlanılıb

Azərbaycanda torpaqların istifadəsiz qalmasının qarşısını almaqla bağlı yeni layihəyə başlanılıb
18.07.2023 19:05
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində Azərbaycanda "Torpaqların tərk edilməsi problemini həll etmək və torpaqların konsolidasiyası prosedurlarını yaxşılaşdırmaq üçün kənd təsərrüfatı torpaq bazarının inkişafının gücləndirilməsi" layihəsinin icrasına başlayıb.

Bu barədə  Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Bununla bağlı keçirilən görüşdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova həyata keçiriləcək layihənin ölkə üzrə əhəmiyyətindən danışıb, torpaqların istifadəsiz qalması ilə bağlı mövcud çətinliklərə toxunub. Nazir müavini qeyd edib ki, bütün dünyada kənd təsərrüfatı torpaqlarının istifadəsiz qalması ətraf mühitə və cəmiyyətin rifahına təsir etməklə qlobal torpaq örtüyünün dəyişməsinə gətirib çıxarır. Bu da öz növbəsində əkinə yararlı torpaq sahələrinin deqradasiyası, təyinatına uyğun istifadə olunmaması, ərzaq təminatının pisləşməsi, iqtisadi imkanların itirilməsi, ekoloji vəziyyətin pisləşməsi ilə nəticələnir.

Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat layihənin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədə təcrübəsi barədə ətraflı məlumat verib. FAO-nun torpaq mülkiyyəti üzrə məsləhətçisi "Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsi barədə təqdimat edib, əldə olunan nəticələrlə bağlı görüş iştirakçılarını məlumatlandırıb, yeni layihə çərçivəsində görüləcək işlərə toxunub.

Torpaqların istifadəsiz qalmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti FAO ilə birlikdə 2016-2019-cu illərdə texniki əməkdaşlıq proqramı çərçivəsində "Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsi (TCP/AZE/3601) həyata keçirib.
 
Nəticədə "Torpaqların Konsolidasiyası üzrə Milli Strategiya” layihəsi, "Kənd Təsərrüfatı Torpaqlarının Konsolidasiyası haqqında” qanun layihəsi və "Torpaqların Konsolidasiyası üzrə Dövlət Proqramı” layihəsi hazırlanıb. Salyan rayonunun Şorsulu kəndində torpaqların konsolidasiyası üzrə pilot layihə icra olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol