• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsinə zorakılıqla bağlı edilən müraciətlərin sayı açıqlanıb

Dövlət Komitəsinə zorakılıqla bağlı edilən müraciətlərin sayı açıqlanıb
19.07.2023 11:10
2023-cü ilin altı ayında Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 146 müraciət daxil olub. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. 

Onun sözlərinə görə, müraciət edənlərin 23.3 %-i kişilər, 76.7 %-i isə qadınlardır. 

2022-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 544 müraciət daxil olub. Zorakılıq törədənlərin 470 nəfəri kişi, 79 nəfəri isə qadın olub. 
 
Human Rights Watch təşkilatının hesabatına görə, Azəbaycanda öncəki iki il ərzində qadınlara qarşı 14 975 cinayət faktı qeydə alınıb.  

O cümlədən, qadınlara qarşı zorakılıqla bağlı 6091 iş (2019-cu ildə - 2269, 2020-ci ildə - 2067 və 2021-ci ilin ilk 9 ayında - 1755 hal qeydə alınıb) açılıb, 6 834 cinayətkar  mühakimə olunub (2019-cu ildə - 2 480,  2020-ci ildə  - 2414, 2021-ci ilin yanvar-sentyabrında-  1940).
 
Ümumilikdə, ölkədə qısqanclıq, ailə münaqişəsi və digər məişət problemləri səbəbindən 2955 cinayət törədilib (2019-cu ildə - 1026,  2020-ci ildə - 973 və 2021-ci ilin yanvar-sentyabrında - 956).
 
Amnesty International təşkilatı da 2022-ci ilin noyabrında CESCR qadınlara qarşı gender əsaslı zorakılığın yüksək halları və xüsusilə də məişət zorakılığı ilə bağlı hesabatlarında çox aşağı nisbəti və sağ qalanlar üçün sığınacaqların və dəstək xidmətlərinin məhdud olması ilə bağlı narahatlığını qeyd edib.

Eltac Nurullazadə
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol