• $
  • €
  • ₽
  • ₺
  • £

İranda həbsdə olan azərbaycanlı tələbə məhkəmədə fars dilində dindirilir

İranda həbsdə olan azərbaycanlı tələbə məhkəmədə fars dilində dindirilir
19.07.2023 11:30
Almaniyada yaşayan və İrana tələbə yoldaşını ziyarətə gedən zaman həbs olunan Fərid Səfərli məhkəmədə fars dilində dindirilir. Bunu həbsdə olan tələbənin anası Dilarə Əsgərova xarici işlər naziri Ceyhun Bayramova ünvanladığı müraciətdə deyib. 

"O cinayətkar olduğuna görə həbs olunsaydı, heç kimə ağız açmazdım, deyərdim, zəhmət çəkib cəzasını çəksin. Amma hamı çox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də sizdən xahiş edirəm, onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz. Fəridin vəkillə təmin olunması prosesinin sürətlənməsinə, Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasına, mənimlə yenidən telefon əlaqəsinin qurulmasına (cəmi iki dəfə danışmışıq), vəkillə təmin olunana qədər konsulluq isçilərindən kiminsə onun məhkəməsində iştirak etməsinə və ən nəhayət avqustda mənim onunla görüşməyimə şərait yaradılmasına səy gostərəsiniz. İnanıram ki, siz mənim çağırışıma biganə qalmayacaqsınız”, - Əsgərova facebookda yazdığı müraciətdə bildirib.
 
Almaniyada təhsil alan Fərid Səfərli bu ilin fevralında tanış olduğu qızla görüşmək üçün İrana gedib. Martın 4-dən Səfərli ilə  əlaqə kəsiib və yalnız 3 aya yaxın vaxt keçdikdən sonra məlum olub ki, İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə  XİN-in  Fərid Səfərlinin taleyi ilə maraqlanıldığını bildirib. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol