Ailə quran gənclər psixioloji testdən keçməlidir - Bahar Muradova

Azərbaycanda ailə quran gənclər psixoloji testdən keçirilməlidir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
"Boşanmalarla bağlı bir sıra araşdırmalar aparmışıq. Ortada xeyli məsələlər var. Ailə qurarkən psixoloji testdən keçməyi vacib hesab edirik. Bu testlərin nəticəsində boşanmaların sayının az olmasını ehtimal edirik", - Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə çıxışı zamanı bildirilib.
Dövlət Statistika Komitəsinin son hesabatına görə Azərbaycanda boşanmaların sayı 2023-cü ilin birinci rübündə 6920 olub ki, bu da ötən ilin eyni dövrü iləə müqayisədə 1,5%-dən 2,1%-ə yüksəlmə deməkdir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























