Altı ayda 40 mühafizə orderi verilib - Rəsmi

2023-cü ilin altı ayında müraciətlərə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən zərərçəkmiş şəxslərə 40 mühafizə orderi verilib. Bunu Ailə,Qadın və Uşaq Komitəsinin sədri Bahar Muradova deyib.
2022-ci il Azərbaycanda zorakılığa məruz qalan qadınların qorunması üçün 58 mühafizə orderindən 46-sı qısamüddətli, 12-si isə uzunmüddətli olub.
Mühafizə orderi qısa və uzunmüddətli olur. Zorakılığa məruz qalan qadın və ya kişi qısamüddətli orderi əldə etmək üçün rayon İcra Hakimiyyətinə yaxınlaşmalıdır.
Müraciət edildiyi andan 24 saat ərzində bu hadisə araşdırılmalı və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilməlidir. Qısa müddətli mühafizə orderi 30 gün müddətinə qədər verilir. Həmçinin bu order icra sənədlərinə aiddir və məcburi icra olunmalıdır. İcra olunmadığı təqdirdə məişət zorakılığını törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir.
Uzunmüddətli mühafizə orderi isə maksimum 6 aylıq olmaq şərti ilə məhkəmə tərəfindən verilir.
Gülnar Nazimqızı
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib