Müsavat partiyası Ədliyyə Nazirliyindən 2-ci dəfə mənfi cavab alıb

Müsavat Partiyası Ədliyyə Nazirliyinə qeydiyyatla bağlı iki dəfə müraciət etməsinə baxmayaraq mənfi cavab alıb. Bu barədə Partiya sədri Arif Hacılı deyib.
"Gözlənildiyi kimi Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıq. Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb və s. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir", - Arif Hacılı öz facebook hesabında yazıb.
Sədr bildirib ki, partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib həll ediləcək. Bu da yetərli olmasa daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq.
İyulun 17-də Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov bildirib ki, Ədliyyə Nazirliyi REAL partiyasının 463 üzvünün təsdini qəbul edib.
Partiyalar haqqındaki yeni qanuna əsasən 2023-cü ilin mart-iyulunda 31 partiya öz fəaliyyətinə xitam verib. 26 partiya isə reysterə daxil edilib.
Prezident İlham Əliyev 2023-cü ilin yanvarın 11-də "Siyasi Partiyalar haqqında" qanunu təsdiqləyib.
2022-ci il dekabrın 16-da Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ümumilikdə 100 dəyişilklik edilməklə III oxunuşda qəbul olunub.
Layihə 6 fəsil, 30 maddədən ibarətdir.
Layihə Venesiya Komissiyasının 233 tövsiyəsindən seçki prosesi ilə bağlı olmayan və sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid 132 tövsiyəsindən 112-si nəzərə alınıb.
"Siyasi partiyalar haqqında" layihə ən son 1992-ci ildə qəbul olunmuşdu.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib