Axtarışda olan 18 nəfər saxlanılıb - Rəsmi

2023-cü ilin altı ayında Baş Prokurorluq tərəfindən axtarışda olan 18 nəfər saxlanılıb. Bu barədə Prokurorluqdan bildirilib.
"Əməliyyat qurumları tərəfindən 85 cinayət işi başlanılmış, keçirilmiş 19 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanmış, habelə axtarışda olan 18 nəfər saxlanılıb", - açıqlamada qeyd olunub.
Cari ilin altı ayında 218 şəxs barəsində 144 cinayət işi məhkəmələrə yönləndirilib.
Həmin işlərdən 18 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilib.
İstintaqı tamamlanmış cinayət işlərindən 136 şəxs barəsində 68 iş ağır cinayətlər məhkəmələrinə, 4 şəxs barəsində 4 iş hərbi, eyni zamanda 78 şəxs barəsində 72 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























