COVID-19 qlobal sağlamlığa təhdid olaraq qalır - ÜST rəhbəri

COVID-19 pandemiyası qlobal sağlamlığa təhdid olaraq qalır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qlobal səhiyyə məsələləri ilə bağlı media brifinqdə deyib.
ÜST rəhbəri vurğulayıb ki, hazırda bu virusla bağlı dünyada hələ də ölüm və yoluxma halları var.
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.
Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-nə kimi uzadılıb. COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.
Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb. Qərargahın tərkibinə baş nazir və digər nazirlər daxildir.
Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib