• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda yer pulu yığan adam aradan çıxıb

Metroda yer pulu yığan adam aradan çıxıb
11.03.2014 13:56
Xəbər verdiyimiz kimi bu gün metro keçidlərində ticarətlə məşğul olan insanlar etiraz aksiyası keçiriblər. Buna səbəb metronun altındaki ticarət köşklərinin yığışdırılması ilə bağlı satıcılara edilən xəbərdarlıq olub. Bildirilib ki, yaxın günlərdə metro keçidlıərində ticarət köşkləri ləğv olunacaq. “Qafqazinfo” nun müxbiri bununla bağlı Nərimanov və Koroğlu metro stansiyalarında olan ticarət köşklərinin satıcıları ilə danışıb. Nərimanov metrosunda olan satıcılardan biri bildirir ki, onlardan sabaha qədər yerlərini boşaltmaq tələb edilib: “Bunu bizə indi deyirlər. Bundan əvvəl də belə hadisələr olub. Amma o vaxt bir ay qabaqdan bizə xəbərdarlıq etmişdilər və növbəti ayın arenda pulunu da almamışdılar. Bu dəfə isə deyirlər ki, tez boşaldın. Biz kasıb adamlarıq, ailəmizi bununla dolandırırıq. Ödədiyimiz arenda pulunu da qaytarmırlar. Arendanı yığanlar da ortalıqda yoxdur. Mən metronun rəisi ilə görüşdüm. Mənə deyir ki, bizlik iş yoxdur. Yuxarıdan bizə nə deyiblərsə, onu da sizə deyirik. Onlara verilən məlumata görə  köşklər sabah axşama qədər qalmalıdır. Amma dəqiq bilmirlər. Rəis özü də pis oldu. Biz istəyirik ki, arenda pulumuz qaytarılsın. Bundan əlavə bu günlərdə yeni mal vurmuşuq. Nə qədər ziyana düşmüşük. Pulumuzu qaytarmasalar, aidiyyatı qurumlara müraciət edəcəyik”Koroğlu stansiyasında isə vəziyyət bir qədər fərqlidir. Burdakı satıcılar deyir ki, hələ ki metronun giriş və çıxışlarını boşaltmağı tələb edirlər. “Bu gün də satıcıların çoxu Elmlər metrosundakı  aksiyaya qatılıb. Bu bir siyasətdir. Əvvəl-axır bütün hər yeri sökəcəklər. Bizi bir araya yığıb məsələ barədə məlumat verən yoxdur. Biz də baş verənləri ara söhbətlərindən eşidirik. Metro işçisi dedi ki, giriş-çıxış boşaldıqdan sonra digər obyektləri ayın 22-dən sonra sökəcəklər. Keçən ayın əvvəlində yer pulu 590 manat vermişik. Bura sahibin öz yeridir. Vaxtilə 15000 manat verərək bu köşkü alıb. Deyirlər ki, təzə gələn rəis arendaların pulunu aşağı endirib. Bu kiçik mağazadan beş nəfər dolanır. İndi beşi də işsiz qalacaq. Bu necə olacaq ?”Qeyd edək ki, ticarət obyektlərinin sökülməsi ilə əlaqədar mağazalarda endirimlər artıq başlayıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol