Gəncədə 800-dən çox vakansiya üzrə əmək yarımarkası keçirilib

Gəncədə 800-dən çox vakansiya üzrə əmək yarımarkası keçirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən bildirilib.
Bildirilib ki, vakansiyalar 80 işəgötürənin iştirakı təqdim olunub.
Yarımarda Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri iştirak ediblər.
Dövlət Statistika Komitəsi iyulun 1-nə olan məlumata görə, Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 247 min 430 nəfər olub, onların 33,3 faizini qadınlar təşkil edib.
İşsiz statusu verilən şəxslərin sayı son 1 ayda 2 min 708 nəfər azalıb.
İşsizliyə görə müavinətin orta məbləği isə 4 manat 90 qəpik artaraq 407,5 manat olub. Müavinat alanların sayı isə 109 nəfər artaraq 2 min 568 nəfər olub.
İşsiz kimi qeydə alınan şəxslərin 1/5-i - 49 min 800 nəfəri Bakı şəhərinin payına düşür.
Bakı şəhərindən sonra ən çox işsiz Ağdam rayonunda qeydə alınıb – 10 min 749 nəfər.
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib