Təcrübəsiz məzunlar necə işə düzələ bilər? - Ekspert MƏSLƏHƏTİ

Azərbaycanda ali məktəbi bitirmiş məzunlar təcrübəlii olmadığı üçün işə alınmır, sahibkarl işlərinin yerinə yetirilməsi və mənfəət baxımından qabağa düşmək üçün təcrübəçilərə işçi kimi fəaliyyət işlədir və əvəzində əmək haqqı vermirlər. Bunu ekspert Vüsal KƏrimli bildirib.
Onun fikrincə, bu məsələdə də dövlət müəyyən məsələlərdə şirkətlərə bir tərəfdən kömək eləsə onlar da ödənişsiz təcrübəçi adı ilə təcrübəçi işlətməzlər.
"İndiyə kimi ölkəmizdə çox müzakirə olunan bir mövzudur bu. Bildiyiniz kimi Avropa və Amerikada da "paid internship" adlanan və iki tərəfli ödənişli əsaslarda təcrübə proqramları keçirilir . Əslində düşünürəm ki, Avropada belə bir qayda var ki, hansı şirkətlər ödənişli təcrübə proqramları keçirirsə dövlət o şirkətlərə müəyyən məsələlərdə əsasən də vergilərdə güzəştlər edir. Yəni bu sosal layihədir. Bu iş verənlərin marağının artırılması üçün belə layihələr daha cəlbedici olar. Həm də işə götürənlər kasıb cəmiyyətin qayğısına qaldıqları üçün dövlət onlara yardım eləyir. Eyni şeyi mən düşünürəm ki, ölkəmizdə etməliyik. Nə qədər çox təcrübə proqramları açılsa, bir o qədər şirkətlər bunda maraqlı olar. Həm az əmək haqqı ilə müəyyən müddətə işçi götürmüş olar, həm də özləri üçün kadr işlədərlər”, - Vüsal Kərimli bildirib.
Ekspert Elmin Nurizadə isə problemin həlli üçün universitetlər nəzdində karyer mərkəzlərinin açılmasını təklif edir.
"Cəmiyyətimizdə ali təhsilini başa vurub hazır əmək bazarına, istəhsalat dünyasına ilk addımlar atan gənclərlə bağlı problemlər həddindən artıq çoxdur. Bizə artıq bu problemlərin həlli, nəticələri lazımdır. Sahibkarlar işə götürdükləri şəxsdən təcrübə tələb edirlər. Daha düşünmürlər ki, təcrübə tələb etməklə yanaşı təcrübə qazandırmağın özü də bir insani göstəricidir. Həm də bir marketinq bacarığı tələb edir. Bizdə sahibkarlıq müəssisələri təcrübə qazandırmaqdan boyun qaçırırlar. Onlara yalnız hazır kadrlar lazımdır. Təcrübəsiz şəxslərdən ucuz və pulsuz işçi qüvvəsi kimi istifadə edirlər. Hər 2 halda, durum ürək açan deyil. və yeni məzun olmuş şəxsin mənafəyinə xidmət etmir. Bizdə tələbə bir çox universitetlərdə 4 il oxuyurvə yalnız imtahanlar, qiymətlər barəsində düşünür. Təbii ki, hamısına aid deyil. Amma etiraf edək ki, əksəriyyəti bu cürdür. Bu gün 3 və 4-cü kurs tələbələri birbaşa əmək bazarında özlərini necə realizə edə bilərlər sualına cavab üzərində düşünməliyik.. Həmçinin universitet də yuxarı kurs tələbələri üçün bu istiqamətdə xüsusi işlər görməlidir. Kariyera mərkəzləri açıblar amma fəaliyyətləri sıfır səviyyədədir”, - Elmin Nurizadə bildirib.
O həmçinin bildirib ki, universitetlərdə məzunlar assosiyası yaradılmalıdır. Bəzi universitetlərdə bu assosiyasiyalar olsa da onların adı sadəcə kağız üzərindədir.
"Bunlar çox mənfi tendensiyalardır. Məzunlar assosiasiyası kimlərdən ibarətdir? Bunlar sahibkarlardan, iş adamlarından və ixtisası üzrə özünü cəmiyyətə təsdiqlətmiş şəxslərdən ibarətdir və onlardan, həmin yuxarı kurs tələbələrinin iş birliyini həyata keçirmək lazımdır. Onları dostlaşdırmaq, kommunukal birliyini təşkil etmək lazımdır ki, gələcəkdə iş tapmaq məsələsində həmin bu tələbələr əziyyət çəkməsinlər. Qarşı tərəf də potensiallı işçi qüvvəsində çox axtarışda olmasınlar. Həqiqətən buna o qədər də böyük çaba və ya vəsait lazım deyil. Sadəcə gələcəyə əmək bazarına, tələblərinə, əsas tələblər istiqamətində fəlaiyyət göstərmək lazımdır. Biz bu gün çöx strategiyamızı buna uyğun şəkildə qurmuruq. 3-4-cü kurs tələbəsi bizi maraqlandırmır. Söz əmək bazarındaki yerdən gedir. Daha sonra, müstəqil karyera mərkəzi və müəyyən konsultasiya mərkəzləri yaradılmalıdır. Həm onlar pul qazansınlar, həm məzunlar işlə təmin olunsun, həm də şirkət layiqli kadr qazansın. Bu üçbucağın hər 3 tərəfinə sərf edir. Həm ümumi mexanizm işlək olur. Bizdə bunların heç biri yoxdur. Olsa belə bunlar bazarda ciddi qəbul olunmur. Rektorlar qəbul etmir, onlar qəbul etsə böyük şirkətlər qəbul etmir. Yəni məsələ qalır ortada. Bu günlər universitetlər və özəl şirkətlər arasında dostluq münasibətləri olmalıdır və bu dostluq münasibətləri rektorların xeyrinə yox, tələbələrin xeyrinə işləməlidir”, - Nurizadə deyib.
Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























