• $
  • €
  • ₽
  • ₺
  • £

Rahat marketdə nöqsanlar aşkar edilib

Rahat marketdə nöqsanlar aşkar edilib
21.07.2023 16:10
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, ev 205 B ünvanında fəaliyyət göstərən və "ANC Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan "Rahat” marketdə planlı yoxlama aparılıb.

Bu barədə AQTA-dan məlumat verilib.
 
Bildirilib ki, yoxlama zamanı ticarət obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, marketdə satışı həyata keçirilən bəzi məhsulların etiketlənməsinin dəqiq həyata keçirilmədiyi və çirklənmədən mühafizə olunmadığı, eləcə də yararlılıq müddəti bitmiş malların olduğu aşkarlanıb. Həmçinin ticarət obyektinin anbarının quruluşunun və yerləşmə vəziyyətinin qabaqcıl gigiyena təcrübəsinin tətbiqinə imkan vermədiyi, təmiz saxlanmadığı, rütubətli olduğu, yoxlamadan keçmiş ölçmə vasitələri ilə təmin edilmədiyi aşkar olunub. Anbarda məhsulların qaydalara uyğun saxlanmadığı və işıqlandırma lampalarının qoruyucu örtüklərlə təchiz edilmədiyi də məlum olub.
 
Eyni zamanda, marketdə qida ilə təmasda olan səthlərin üzlənməsində hamar, yuyula bilən, korroziyaya davamlı və qeyri-toksik materiallardan istifadə edilmədiyi, işçilər üçün soyunma-geyinmə otağının dolablarla və sanitar-məişət avadanlıqları ilə təchiz olunmadığı, təmizlik alətlərinin, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin qida məhsullarının olduğu yerlərdə saxlandığı aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla əlaqədar protokol tərtib olunub, bəzi məhsulların satışı qadağan edilib və ticarət obyektinin anbarının fəaliyyəti məhdudlaşdırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol