Oğuzda qanunsuz kömür quyuları aşkarlanıb

Oğuzda qanunsuz kömür quyuları aşkarlanıb.
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Padar kəndində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri – Qənimət Əhmədov və Elxan Səmədov olduqları müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























