• $
  • €
  • ₽
  • ₺
  • £

İbadoğlunun həyat yoldaşı həbsi sifarişli, deputat isə bunu cəfəngiyyat adlandırır

İbadoğlunun həyat yoldaşı həbsi sifarişli, deputat isə bunu cəfəngiyyat adlandırır
24.07.2023 14:03
Qubad İbadoğlunun həyat yoldaşı İradə Bayramova İbadoğlunun həbsini hökumətin sifarişi hesab edir, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə deyir ki, Azərbaycanda heç kəs siyasi fəaliyyətinə görə həbs edilmir. 
 
"Qubad İbadoğlu Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsində saxlanılır. Hökumət "nağıl" uydurub, onu saxta pul satışı ilə ittiham edir. Eyni zamanda həm Türkiyə, həm Azərbaycan mediası ona FETÖ-çu deyə böhtan atır. Həm mənə həm də Qubad İbadoğluna zorakılıq tətbiq olunub. Hər ikimizin bədənində xəsarət izləri var. Biz ona dərmanlarını çatdıra bilmirik. Qubad bəy xəstədir və gün ərzində bir neçə dəfə dərman qəbul etməlidir. Qubad bəyin haqsız həbsinə etiraz edin", - İradə Bayramova iyulun 24-də Nərimanov rayon məhkəməsinin qarşısında jurnalistlərə müsahibəsində yaydığı bəyanatda qeyd edib. 
 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyir ki, Qubad İbadoğlu çıxışlarında Azərbaycanı dəfələrlə təhdid edib. 
 
"Azərbaycan dövləti kifayət qədər məsuliyyətli və ciddi dövlətdir. Bizim mövqeyimiz insan haqlarına vətəndaşlarımıza,beynəlxalq hüquq normalarına, Azərbaycanın milli qanunvericiliyinə söykənərək yüksək səviyyədə münasibəti hətta dünyanın aparıcı dövlətləri beynəlxalq təşkilatlar tərəfindən də, etiraf edilir. Azərbaycanda heç bir vətəndaş siyasi baxışlarına görə təqib olunmur, həbs edilmir və onun haqqında cinayət məsuliyyəti qaldırılmır. Azərbaycan vətəndaşları da istənilən təşkilatın, siyasi partiyanın arxasında gizlənərək bu və ya digər qanunsuzluqlara yol verirsə o qanun qarşsında cavab verməlidir. Qubad İbadoğlunun çıxışlarında Azərbaycan dövlətçiliyinə qarşı tənqid yox, təziq yox ciddi təhdidlər var idi. Bu təhdidlərin qarşısını almaq üçün Azərbaycan hüquq-mühafizə orqanları öz səlahiyyətləri çərçivəsində addım atmalıdır. Hüquq-Mühafizə orqanları Qubad İbadoğlu və onun kimilərinin Azərbaycan dövlətinə qarşı təhdidlərini alqışlamalı və göz yummalı deyil ki... Hər bir azərbaycanlı dövlətin müəyyən etmiş olduğu qanunlar çərçivəsində öz fəaliyyətini qurmalıdır. Bu qanundan kənara çıxanlar cəzasını almalıdır", - Ağamalı açıqlamasında vurğulayıb. 
 
Millət vəkili bildirib ki, İbadoğlunun həyat yoldaşının obyektiv araşdırmalara mane olan çıxışlar etməsinə ehtiyac yoxdur. Bu aiddiyatı orqanların fəaliyyətinə mane olan addımlardır. 
 
Deputat hesab edir ki, DİN-in fəaliyyətinə böhtan atmaq cəhdi cəfəngiyyatdır. 
 
Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova jurnalistlərə açıqlamasında İbadoğlunun Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci maddəsilə (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) şübhəli şəxs qismində cəlb olunduğunu təsdiqləyib.
 
Vəkil bildirilib ki, İbadoğlu ona qoyulan ittihamı rədd edir və ona ittiham irəli sürən Anar Əliyevi isə ümumiyyətlə tanımır. 
 
"Axtarış İbadoğlunun ofisində və yaşamadığı mənzildə aparılıb. Mənzildə 40 min dollar pul tapılıb. Lakin İbadoğlu pulun ona aid olmadığını bildirib, axtarışın aparıldığı mənzil isə sadəcə, onun adına rəsmiləşdirilib. Bu pulların  Qubad İbadoğluya aidiyyatı yoxdur. Biz etiraz etdik və iradlarımızı protokolda yazdıq", - vəkil deyib.
 
Vəkil bildirir ki, hazırda İbadoğlu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində saxlanılır.
 
Qubad İbadoğlunun qardaşı da mətbuata açıqlamasında bildirib ki, iyulun 23-də həmin mənzilə daxil ola bilməyib.
 
"Qapının 2 klidi vardı. Bir klidi açılmadı. Bu barədə Qubada məlumat verdim. Dedi özü gələcək. Ehtimal edirəm ki, həmin pulları ora öncədən kimsə yerləşdirib. Qubadın FETÖ ilə heç bir əlaqəsi yoxdur", - İbadoğlunun qardaşı söyləyib. 
 
İyulun 23-də Daxili İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, Qubad İbadoğlu  FETÖ ilə əlaqədə şübhəli bilinir və buna görə onun ofisində araşdırma aparılır. 
 
Gülnar Nazimqızı 
Eltac Nurullazadə 

 

 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol