• $
  • €
  • ₽
  • ₺
  • £

Eyni gündə 3 taksinin qiymət artımı hökumətin istəyi ilə ola bilər - Natiq Cəfərli

Eyni gündə 3 taksinin qiymət artımı hökumətin istəyi ilə ola bilər - Natiq Cəfərli
24.07.2023 15:07
Eyni gündə üç taksi şirkətində qiymət artımının baş verməsi hökumətin istəyi ilə ola bilər. Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.
 
O bildirib ki, bu biznesin fəaliyyətinə müdaxilədir. 
 
"Qanunlara görə hökumət Tarif Şurasının səlahiyyətlərinə daxil olan sahələrdən başqa digər sahələrdə qiymət qoya, təyin edə bilməz. Taksi xidməti hökumət tərəfindən tənzimlənməyən xidmət sahəsidir. Əgər eyni gündə 3 müxtəlif taksi xidməti şirkəti eyni qiyməti təyin edirsə, deməli bunu hökumət istəyib – yaxşı, nə əsasla hökumət bu addımı atıb?! Əslində bu, biznesin işinə birbaşa müdaxilədir, qanuni əsası da yoxdur. Yəni, nazirlik əmrlə qiymət təyin edə bilməz, amma edir – ölkədə son 10 ildə qiyməti ucuzlaşan yeganə sahə olan taksi xidmətinin işinə müdaxilə edir, hətta bazara yeni daxil olmuş "Uklon” taksi şirkətinə lobbiçilik edir, çünki, bu gün qiyməti artıran şirkətlər sırasında "Uklon” yoxdur. Bundan başqa "Uklon” şirkəti klassik "dumping”lə məşğuldur, qiymətləri ucuz edib ki, digər şirkətləri bazardan çıxarsın, məntiqlə, anti-inhisar orqanları belə işlərlə məşğul olmalıdırlar. Bu suallara, yaranmış vəziyyətə hökumət izah gətirəcəkmi?! Təbii yox, niyə bizə hesabat-açıqlama verməlidirlər ki?! Hesabatlı hökumətin formalaşması üçün biz nə etmişik ki, açıqlama da versinlər?!”, - iqtisadçı öz facebook hesabında yazıb. 
 
Bu gündən etibarən "Bolt", "Uber", "Yango" taksi şirkətlərində minimal qiymətin 2,50 ₼ təşkil edib. Əvvəllər bu məbləğ 1-1,2 manat arasında dəyişirdi. 
 
İyunun 12-də Rəqəmsal,inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi ucuz taksi xidməti yoxdur. Nazir vurğulayıb ki, yeni qanundan sonra taksi xidmətlərinin qiymətləri birmənalı olaraq qalxacaq. 
 
Milli Məclisin deputatları "avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik edərkən taksi qiymətlərinin bahalaşmasına etiraz ediblər. Bildiriblər ki, Azərbaycanda monopoliya olmayan yeganə biznes sahəsidir. Taksi fəaliyyətinin məhdudlaşdırılması xoşagəlməz vəziyyət yarada bilər. 
 
Gülnar 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol