Rodos adasında meşə yanğınları 7 gündür davam edir

Yunanıstanın Rodos adasında irimiqyaslı meşə yanğınları yeddi gündür davam edir. Bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilib ki, yanğına görə 30 minə yaxın insan təxliyə edilib.
Yunanıstan rəsmiləri bunu tarixdəki ən böyük təxliyə adlandırıb. Təxliyə edilən şəxslər qida təminatları ilə təmin olunublar.
Rodosun vitse-meri Konstantinos Taraslias mətbuata açıqlamasında bildirib ki, güclü külək olduğundan yanğınları söndürmək çətinləşib.
"Turistlərimizin daşınması üçün çox böyük işlər görülür. Ada bu gün ümumilikdə 200 mindən çox turist qəbul edir. Onların 8 minə yaxını yanğının yandığı ərazilərdə var”, - Taraslias açıqlayıb.
Yunanıstanın Rodasa ərazisinə uçuşların ləğv olunduğu bildirilir.
Ərazidə havanın temperaturunun 45 dərəcəyə qədər çatacağı və bunun ayın sonuna qədər davam edəcəyi gözlənilir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























