• $
  • €
  • ₽
  • ₺
  • £

Tullantıların yandırılmasına görə obyektlərin səlahiyyətli nümayəndələri cərimələnib

Tullantıların yandırılmasına görə obyektlərin səlahiyyətli nümayəndələri cərimələnib
24.07.2023 18:05
Tullantıların yandırılmasına görə obyektlərin səlahiyyətli nümayəndələri cərimələnib. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Belə ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Binəqədi rayonu, Binəqədi şossesi 1 ünvanında fəaliyyət göstərən mebel istehsalı müəssisəsinin ətrafında, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərən "CMT Grup" MMC-yə məxsus suvaq və yapışdırıcı istehsalı müəssisəsinin ətrafında, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində fəaliyyət göstərən maşın təmiri sexinin qarşısında, İmişli rayonunun Heydər Əliyev prospektində, Saatlı rayonunun Genişkənd kəndində və Beyləqan rayonunun Milabad qəsəbəsindəki ərzaq mağazalarının ətrafında tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı akt, protokol tərtib edilib, "CMT Grup" MMC-nin nümayəndəsi Şamil Bağırov, İmişli rayonunda mağazanın sahibi Elxan Məmmədov, Saatlı rayonunda ərzaq mağazalarının sahibləri Kamil Rzayev və Lalə Məmişova vəzifəli şəxs qismində, Binəqədi rayonunda mebel istehsalı müəssisəsinin nümayəndəsi Malik Abbasov, Beyləqan rayonundakı marketin nümayəndəsi Uğurlu Uğurzadə və Kürdəmir rayonunda tullantıları yandıran kənd sakini Emil Əhmədov isə fiziki şəxs qismində cərimələnib.

"Ərazilər tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi üçün obyektlərin sahiblərinə məcburi göstəriş verilib”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol