AQTA restoranlarda aparılan yoxlama və monitorinqlərin nəticəsini açıqlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin 6 ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrində aparılan yoxlama və monitorinqlərin nəticəsi açıqlanıb.
AQTA-dan verilən məlumata görə, qeyd olunan dövrdə 346-sı planlı, 176-sı plandankənar olmaqla, 522 ictimai iaşə müəssisəsində yoxlama keçirilib.
Yoxlamalar zamanı 466 sahibkarlıq subyektində nöqsan aşkar edilib. Nöqsanlar ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, mətbəxlərin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, soyuducularda məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarına və temperatur rejiminə əməl edilməməsi, məhsulların saxlanma qaydalarına əməl olunmaması, xammalların saxlanması üçün ayrıca sahənin ayrılmaması, istifadə edilən xammalların müşayiətedici sənədlərinin (çıxarış, baytarlıq arayışı) olmaması ilə əlaqədar olub.
Aşkar edilmiş nöqsanlarla bağlı 466 sahibkarlıq subyekti barəsində agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. 85 müəssisədə malın (mal partiyasının) satışının dayandırılması və qadağan edilməsi, 166 müəssisədə işçi personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Yoxlamalar zamanı 56 müəssisədə isə nöqsan aşkar olunmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























