Bakıda qamışlıq sahədə baş vermiş yanğın məhdudlaşdırılıb - Yenilənib

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
22:58
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Eldar Əzizov qamışlıq sahəsində baş verən yanğın yerinə gəlib.
İcra başçısına ərazidəki yanğın barədə məlumat verilib.
Ərazidə yanğınsöndürmə əməliyyatları davam edir.
22:14
Bakı şəhəri, Xətai rayonunda qamışlıq sahəsində yanğın olub.
Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























