Qubad İbadoğlunanun vəkilinə qarşı təzyiqlər var - QARDAŞI/VIDEO

Azərbaycan Demokratik Rifah (ADR) partiyasının sədri, barəsində 3 ay 26 gün həbs qəti imkan tədbiri seçilən Qubad İbadoğlunun vəkili Zibeydə Zəkəriyyəyeva qarşı təzyiqlər müşahidə olunur. Bunu Qubad İbadoğlunun qardaşı Qabil Bayramov deyib.
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
www.anews.az
Onun sözlərinə görə, Zibeydə Zəkəriyyəyeva istintaq sirrini açdığına görə, ona qarşı hüquqi prosedura başlanılıb.
Qabil Bayramov bildirir ki, Kürdəxanı həbsxanasında yerləşdirilən Qubad İbadoğlu üçün yemək və paltar aparsalar da onları qəbul etməyiblər.
Məsələ ilə bağlı Zibeydə Zəkəriyyəyeva ilə əlaqə saxlaya bilmədik.
Hüquq mühafizə orqanları da məsələyə münasibət bildirməyib.
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























