Altı ayda Aqrar Sığorta Fondunda 4500-dən çox müqavilə bağlanıb

2023-cü ilin altı ayında heyvanların sığortası üçün 4 506 müqavilə imzalanıb. Bu barədə Aqrar Sığorta Fondundan bildirilib.
Bildirilib ki, ən çox sığorta haqqları əkin sahələri üzrə olub və 11 milyon manat sığorta haqqı yığılıb.
Aqrar Sığorta Fondunun mayda açıqlanan məlumatına görə ilin əvvəlindən çağrı Mərkəzinə kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı 700-ə yaxın müraciət daxil olub.
Aqrar Sığorta Fondu dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına. sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri, Əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verərək xərcləri qarşılayır.
Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i, sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.
Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən, Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Bura buğda, arpa, qarğıdalı,kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, üzüm, fındıq, pambıq, günəbaxan, soya, yonca, noxud, noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı daxildir.
Aqrar Sığorta Fondunun çağrı mərkəzinin əlaqə nömrəsi 1651-dir .
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib