Əlilliyin müəyyən olunması meyarlarında dəyişiklik edilib

Nazirlər Kabineti "Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Əlilliyin qiymətləndirilməsi zamanı yaranmış boşluqların aradan qaldırılması, həmçinin əlilliyin müəyyən edilməsi üçün meyarların təkmilləşdirilməsi məqsədilə "Əlilliyin müəyyən olunması meyarları”na əlavələr, "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə dəyişikliklər edilib.
Eyni zamanda əlavə edilmiş xəstəliklərin, habelə mövcud olan bir sıra xəstəliklərin ağırlıq dərəcələrinin, orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi zamanı əsas götürülmüş meyarlar təkmilləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























