Mediasiya ilə bağlı bizə müraciət daxil olmayıb - Səbinə Əliyeva

2023-cü ilin altı ayında mediasiya ilə bağlı Ombusdmana müraciət daxil olmayıb. Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
"Əvvəllər bu müraciətlər etik normaları və ya digər sənədləşmə proseslər ilə bağlı idi. Bu da bizim tərəfdən araşdırılıb problemlərin aradan qaldırılmasına yönəldilirdi", - Əliyeva aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilən ilkin müzakirə zamanı deyib.
Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 2020-ci ildə yaradılıb. Azərbaycan Respublikasındakı bütün mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























