Birinci Qarabağ Müharibəsi iştirakçılarından 362 nəfərinə birdəfəlik ödəmə verilib

2023-cü ilin altı ayında Birini Qarabağ Müharibəsində xəsarət almış 362 nəfərə birdəfəlik ödəniş təyin olunub və bunun üçün 109,9 milyon manat xərclənib. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun altı aylıq hesabatında açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iyulun 26-da açıqladığı məlumata görə, İkinci Qarabağ müharibəsindən sonra 3967 nəfər müharibə iştirakçısına müxtəlif dərəcədə əlillik statusu təyin olunub.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Vətən müharibəsindən sonra 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib.
Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan 29054 reabilitasiya vasitəsi ilə təmin olunub. Həmçinin 2020-ci ilin dekabrından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin son nəsil protezlə təminatına başlanıb və artıq 376 hərbçinin 391 son nəsil protezlə təminatı həyata keçirilib.

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib