• $
  • €
  • ₽
  • ₺
  • £

Özəl pensiya fondlarlarının yaradılması istiqamətində iş aparılır - DSMF sədri

Özəl pensiya fondlarlarının yaradılması istiqamətində iş aparılır - DSMF sədri
27.07.2023 14:03
Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir və aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. Report bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişova istinadan yazıb. 

"Bu sahədə investisiyalar uzunmüddətli hesablandığından bu məsələ həssas mövzudur. Ona görə də bu sahədə müvafiq bazada tənzimlənmə aparılmalıdır. Qanunvericilik bazası təkmilləşdirilir və aidiyyəti qurumlarla razılaşdırma prosesi gedir. Yekunda müvafiq sənədlər Milli Məclisə göndəriləcək", - Məmişov altı aylıq hesabat tədbirində jurnalistlərə deyib. 
 
Fərdi pensiya, fərdlərin öz qazanclarından ödədikləri  və sonra pensiyaya çıxandan sonra  fərdi pensiya şəklində alacaqları bir plandır. Bu, dövlət pensiyasına alternativdir. Adətən, fərdlər vəsaitlərini sığorta şirkətləri tərəfindən idarə olunan qənaət sxemlərinə və ya qarşılıqlı fondlara yatırırlar. Çox vaxt fərdi pensiyalar da işəgötürən tərəfindən idarə olunur və peşə pensiyaları adlanır. Fərdi pensiya sistemlərinə ödənişlər adətən vergidən çıxılır.
 
Fərdi Pensiya Sistemi nədir?
 
Fərdi Pensiya Sistemində əmanətlər 30% dövlət subsidiyasına görə dəyəri artarkən qarşılıqlı fondlara yatırılır.  Müntəzəm ödənişlərlə dəyərini itirməyən əmanətlər uzunmüddətli dövrdə inflyasiya səviyyəsindən yüksək gəlir gətirir.  Bundan əlavə, Fərdi Pensiya Sistemində iştirak standartlar və gözləntilərə uyğun formalaşdırıla bilər.
 
WTW-nin (Wilis Towers Watson,  - red) Thinking Ahead İnstitutunun hesabatına görə, dünyanın 300 ən böyük pensiya fondunun idarə olunan aktivləri 2021-ci ildə 8,9% artaraq rekord həddə - 23,6 trilyon dollara çatıb. 

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol