• $
  • €
  • ₽
  • ₺
  • £

Nərmin Hüseynli bu gün dəfn ediləcək - FOTOLAR - YENİLƏNİB

Nərmin Hüseynli bu gün dəfn ediləcək - FOTOLAR - YENİLƏNİB
11.03.2014 10:02
10:02Nərmin Hüseynlinin dəfn mərasimi bu gün saat 12:30-da baş tutacaq. 17 yaşlı gənc qız Abşeron rayonu Saray qəsəbə qəbristanlığında torpağa veriləcək. Bu barədə ANS PRESS-ə Nərminin yaxınları məlumat veriblər.-------09:27Martın 10-da Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən Nərmin Hüseynlinin cənazəsi Bakıya gətirildi.APA-nın xəbərinə görə, Heydər Əliyev adına Hava Limanında cənazəni qarşılamağa gələnlər arasında Nərminin ailə üzvləri, dostları və onun yardım kampaniyasında yaxından iştirak edən şəxslər var idi. Türkiyədən Azərbaycana gələn və səhər saat 7-də Bakıya enən təyyarə ilə gətirilən cənazəni Nərminin ailə üzvləri və dostları gözyaşı içində qarşıladılar. H.Əliyev adına Hava Limanında təxminən yarım saat çəkən sənədləşmədən sonra Nərminin cənazəsi ailə üzvlərinə təhvil verildi. Qeyd edək ki, yaxınları ona Bakıda səhv diaqnoz qoyulduğunu və yanlış müalicə nəticəsində əməliyyat olunduğunu və beləcə, xəstəliyinin xərçəngə çevrildiyini iddia edirlər. Nərminin xaricdə müalicəsi üçün  150 min avro lazım idi. Qısa zamanda Nərmin üçün yardım kampaniyası başlanıldı. Kampaniyaya xeyli insan və təşkilat qoşuldu. Hətta  məşhurların yardım aksiyasına cəlb olunması bütün diqqəti Nərminə yönəltdi. Hər kəsdə  fevralın 26-da müalicə üçün Türkiyəyə yola salınan Nərminin sağlığa qovuşaraq vətənə qayıdacağı ümidi var idi. Amma, olmadı... Martın 10-da Nərminin ölüm xəbəri gəldi.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol