30 minə yaxın ərzaqlıq buğda təhvil verilib

Bugünədək tədarük məntəqələrinə 29,8 min ton ərzaqlıq buğda təhvil verilib ki, bunun da 253 tonunu 1-ci sinif, 12,2 min tonunu 2-ci sinif və 17,3 min tonunu isə 3-cü sinif ərzaqlıq buğda təşkil edir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Vurğulanıb ki, tədarüklə bağlı proses davam edir.
2023-cü il keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq
buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyən
edilib.
2023-cü il Azərbaycanda ərzaqlıq buğda üçün 180 milyon manat vəsait ayrılıb. Taxıl fondunun artırılması üçün 87,1 milyon manat ayrılması nəzərdə tutulub.
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-vü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir.
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır.

Dövlət Gömrük Komitəsinin cari ilin altı ay hesabatına görə Azərbaycan 493 min 210 ton buğda idxal edib. Bu həcmdə buğdanın idxal dəyəri 145 milyon 565 min ABŞ dolları təşkil edib.
Bugünədək sahələrdən 370541 ton arpa, 24237 ton buğda yığılıb.
Respublikanın 42 rayonunda biçin davam edir. Bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib