Azərbaycan media azadlığında 3 ölkəni daha keçib

2023-cü ilin altı ayında Azərbaycan media azadlığı indeksinə görə, 3 pillə irəliləyərək 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb. Bu barədə, RSF (Sərhədsiz Reportyorlar) məlumat paylaşıb.
Azərbaycan 2022-ci ildən etibarən 10 ölkədən geri qalaraq siyasi göstəricidə 165-ci yerə düşüb. Siyasi göstərici dövlətin və ya digər siyasi aktorların siyasi təzyiqləri qarşısında medianın muxtariyyətinə verilən dəstəyin və hörmətin dərəcəsini qiymətləndirir.
İqtisadi göstərici hökumət siyasəti, qeyri-dövlət subyektləri (reklamçılar və ticarət tərəfdaşları) və media sahibləri ilə bağlı iqtisadi məhdudiyyətləri qiymətləndirir. Bu göstəriciyə görə, Azərbaycan 2022-ci ildən 6 pillə geriləyərək 173-cü yerdə qərarlaşıb.
Hüquqi göstərici jurnalistlər üçün hüquqi və tənzimləyici mühiti (o cümlədən senzuranın səviyyəsi, mənbələri qorumaq bacarığı və jurnalistlərə qarşı zorakılığa görə cəzasızlıq səviyyəsini) qiymətləndirir. Bu sahədə Azərbaycan ötən ildən 9 pillə geriləyərək 149-cu yeri tutub.
Sosiomədəni göstərici jurnalist azadlığına mane olan və özünüsenzuranı təşviq edən sosial və mədəni məhdudiyyətlərin (cins, sinif, etnik və din kimi məsələlərə görə) təsirini qiymətləndirir. Azərbaycan sosial-mədəni göstəriciyə görə ötən ildən 11 pillə geriləyərək 135-ci yerə düşüb.
Təhlükəsizlik göstəricisi lazımsız fiziki, psixoloji və ya peşəkar zərər riski olmadan jurnalist xəbərlərini və məlumatlarını müəyyən etmək, toplamaq və yaymaq qabiliyyətini qiymətləndirir. Təhlükəsizlik göstəricisinə görə Azərbaycan 2022-ci ildən 26 pillə irəliləyərək 126-cı yerdədir.
Sərhədsiz Reportyorlar, Fransız Sərhədsiz Reportyorlar (RSF) 1985-ci ildə Fransada bütün dünyada mətbuat azadlığını müdafiə etmək üçün yaradılmış beynəlxalq təşkilatdır.
Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























