Əmək pensiyasının minimum məbləği 433 manata yüksəlib

2023 cü ildə 2022-ci il ilə müqayisədə Azərbaycanda əmək pensiyalarının minimum və orta aylıq məbləği 363 manatdan 433,3 manata kimi yüksəlib. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
İqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə, Azərbaycan hökümətinin əhaliyə daha çox sosial ödəniş edə bilməməsinin səbəbi hökümətin büdcəsini başqa məsələlərə ayırmasıdır.
"Azərbaycanda ümumiyyətlə əhalinin xərcləri gəlirlərindən daha çoxdur. Ölkədə minimum istehlak səbəti əvvəllər 210 manat idi. Bu o deməkdir ki, bir Azərbaycan vətandaşı 200 manatla 1 ay dolana bilirdi. Bu artıq belə deyil. Hökümət hələ də hesab edir ki, 200 manatla vətəndaş dolana bilər. Minimum əmək pensiyası alan bir nəfərin bir ayda 430 manat xərclədiyini gözləmək çox gülünc bir məsələdir. Yəni, Azərbaycan höküməti özünü sosial dövlət adlandırsa da, həyata keçirilən sosial tədbirlərin sayı çox olsa da onların ödəmə qabiliyyəti çox aşağıdır. Azərbaycan kimi gəlirlərə malik olan ölkələr bu günkü gəlirlərin əsas hissəsini sosial ödənişlərə yönləndirir. Mən Norveç və Azərbaycanı müqayisə etmirəm. Bu mümkün deyil. Hətta Ərəb ölkələrində belə dövlət sərvətindən gələn gəlirin böyük qismini əhaliyə verir. Dünyada neft pullarından ən səmərəli istifadə edən ölkə Norveçdir. Norveçdə neft fondunun adı pensiya fondudur. Ayrıca neft fondu bu ölkədə yoxdur. Yəni bu o deməkdir ki, onlar ilk növbədə pensiyaçıların borcunu ödəyir, ondan sonra digər layihələrə vəsait ayrılır. Digər məsələlər pensiyaçıların borcu ödənəndən sonra fikirləşilir. Azərbaycanda isə, dövlət neft fondunun əsas hissəsi qaçqınlar üçün yaşayış yerlərinə, işğaldan azad olunmuş torpaqlarımızın bərpasına gedir. Sosial təminat məsələsi yaddan çıxır”, - Akif Nəsirli bildirib.
Onun fikrincə, vəziyyətin düzəlməsi üçün əhali öz haqqını tələb etməlidir.
"Əmək pensiyasının artırılması hər zaman prioritetdir. Təbii ki, bu rəqəmin daha da artırılması və bütövlükdə daha yüksək orta əmək pensiyasının verilməsi vacibdir. Amma nəzərə alsaq ki, orta əmək pensiyası ölkə üzrə verilən pensiyaların orta məbləğidir. Bəzi pensiyaların məbləği bundan yüksəkdir və bəziləri də nisbətən aşağıdır. Amma əsas məqsəd, vətəndaşlarımızın az aldıqları məbləğin çoxaldılmasıdır. Sözsüz, pensiya məbləğləri istər minimum istər orta, ehtiyac meyarı və yaşayış minimumu ilə müqayisə olunur. Hazırda ehtiyac meyarı və eləcə də yaşayış minimumu 246 manatdır. Və buna uyğun olaraq da biz minimum əmək haqqında və ehtiyac meyarında artımları müşahidə edirik. Amma biz son 5 ilə diqqət yetirsək, son 5 ildə biz pensiya və xüsusən də minimum pensiya və minimum əmək haqqında dəmək olar ki, hər il artım müşahidə etmişik. Ona görə də, bu tendensiyanın növbəti illərdə də davam etdirilməsi olduqca vacibdir. Çünkü növbəti illərdə də, həm minimum pensiyada həm minimum əmək haqqında artımların olması, vətəndaşların həm öz vəsaitlərindən bir hissəsinə qənaət etməsinə, həm də təbii ki, öz xərclərin tam olaraq ödəməsinə, daha çox xərclənmənin həyata keçirilməsinə və eləcə də sosial təminatların daha da yaxşılaşdırılmasına gətirib çıxaracaq. Bu baxımdan da çox vacib məqamlardan biri, həm pensiya həm də artım temperin davam etməsidir. Və bununla bağlı siyasi irad var. Biz 2024-cü ildə də, sosial təminat sferasında da ayırmaların artacağını proqnozlaşdırılır. Və ilkin gözləntilərimizə növbəti illərdə yeni sosial ayrımaların tətbiq edilməsi və daha çox vəsaitin büdcədən bu istiqamətə yönəldiləcəyiylə bağlıdır”, - deputat Vüqar Bayramov bildirib.
Son dörd ildə minimum pensiya 2,2 dəfə artıb. Həmçinin 2018-ci ildən ötən dövrdə orta aylıq pensiyada 75 faiz, o cümlədən yaşa görə orta aylıq pensiyada 70 faiz artım baş verib.
www.anews.az

Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib