• $
  • €
  • ₽
  • ₺
  • £

DGK-nın rüşvətə görə tutulan vəzifəli şəxsi azadlığa buraxıldı

DGK-nın rüşvətə görə tutulan vəzifəli şəxsi azadlığa buraxıldı
27.07.2023 17:46
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun rüşvət almaqda təqsirləndirilən keçmiş əməkdaşı Cavid Məmmədov azadlığa buraxılıb.Bu barədə Report bildirib.
 
Qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məmmədov bu ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı saxlanılıb.

Həmin vaxt Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, 
Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində, eləcə də dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiyaya qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Bununla da Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilərək onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol