İcra başçısının qardaşının qətlə yetirilməsi ehtimal olunur

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşovun oğlu tərəfindən qətlə yetirildiyi etimal olunur. Bu barədə Report yazıb.
Daxili İşlər Nazirliyi Azər Qaraşovun oğlunun Kürdəmir Polis İdarəsi tərəfindən saxladığını təsdiq edib.
Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisə iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib. Azər Qaraşov aldığı güllə yarasından dünyasını dəyişib. Əvvəlcə onun intihar etdiyi bildirilib.
Lakin Lənkəran Rayon İcra Hakimiyyəti hadisənin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyini açıqlayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























