Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

İyulun 28-də Bakı Apellyasiya məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti oktyabrın 8-nə kimi uzadıb. Bu barədə onun vəkili Aqil Layıc anews.az-a açıqlamasında bildirib.
Bundan əvvəl, ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti iyulun 28-dək uzadılmışdı.
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub.
O, məhkəməyə hörmətsizlikdə və xuliqanlıqda ittiham olunur. Məhkəmə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Sonradan ona ünvanlanan ittihamlar ağırlaşdırılıb.
Fevralın 24-də məhkəmə onun haqqındakı həbs-qətimkan tədbirini daha 2 ay uzadıb.
İctimai fəal həbsinə etiraz olaraq yanvarın 9-dan bəri aclıq aksiyası keçirirdi. Hacıyev həbsdə ikən onu gözdən salmaq üçün sosial media kanallarında kampaniya başladılıb. Burada onun şəxsi həyatına aid materiallar və intim görüntülər paylaşılıb. Bir çox ictimai və siyasi xadimlər ictimai fəalın fəaliyyətinə bu cür kölgə salmaq cəhdlərinin yolverilməz olduğunu bildiriblər.
Vəkil Aqil Layıc bildirib ki, Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırıb.
Fevralın 28-də, aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb.
Dövlət Departamentinin, ABŞ Senatının, Avropa İttifaqının, Avropa Şurasının və bir sıra beynəlxalq QHT-lərin nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunmasını tələb ediblər.
İyunun 6-da istintaq orqanı Bəxtiyar Hacıyevin Bakıda özünün, Gəncədə atasının, Göygöldə qardaşının evində və avtomobillərində axtarış aparıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Amerikanın Səsi”nə bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Saxlanılan yoxdur.
Eltac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib