“FIRST Robotics Competition” müsabiqəsində iştirak edən gənclər mükafatlandırıldı

Lider mobil operator gənc robototexniklərimizin sertifikasiya mərasimində iştirak edib
Azercell-in dəstəyi ilə "FIRST Robotics Competition” (FRC) müsabiqəsində Azərbaycanı təmsil edən MecHack #9030 komandasının mükafatlandırma mərasimi keçirilib. Xatırladaq ki, Azercell-in dəstəyi və "Train Brain” mərkəzinin təşkilatçılığı ilə məktəblilərimiz ilk dəfə NASA-nın dünya səviyyəli müsabiqəsinə qatılıblar və mükafata layiq görülüblər. Belə ki, MeckHack #9030 adı altında 22 gənc "FIRST Robotics Competition” (FRC) müsabiqəsi üçün hazırladığı robotu Nyu-Yorkda münsiflər heyətinə nümayiş etdirib. Elə ilk cəhddən finala yüksələn komandamız Hyuston şəhərində keçirilən çempionluq oyununda təqdim etdiyi sosial layihələrə görə vətənə xüsusi "Rookie Inspiration” mükafatı ilə dönüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























