• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik bağça müdiri olmaq istəyənlərə müraciət edib

Nazirlik bağça müdiri olmaq istəyənlərə müraciət edib
28.07.2023 18:30
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul Qaydalarına əsasən, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçiriləcək. Məktəbəqədər təhsil müəssisələrində vakant yerlər nazirliyin rəsmi internet səhifəsində elan ediləcək.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaqlar.

Müsabiqənin ilkin mərhələsində elektron ərizələrin qəbulu həyata keçiriləcək. Test imtahanı mərhələsində hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumilikdə 60 sual təqdim edilir. İmtahanda hər namizədə 120 dəqiqə vaxt ayrılır.

Test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumilikdə 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində namizədlər aşağıdakı meyarlar əsasında 5 ballıq şkala ilə qiymətləndirilirlər:

• ünsiyyət və təqdimetmə bacarığı;
• liderlik və idarəetmə bacarığı;
• məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi.

Müsahibədə 3,5 və daha yüksək bal toplamış namizədlər həmin mərhələdən keçmiş hesab edilirlər. Müsahibə mərhələsinin nəticəsinə əsasən, namizədlərin vakant yerlərə yerləşdirilməsi yerli təhsili idarəetmə orqanının rəyinə uyğun olaraq komissiya tərəfindən aparılacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol